Bizimlə əlaqə: +994 77 337 41 00

Təsbehi, təsbehçidən al!

Tesbeh.al haqqında

Azərbaycanın ilk onlayn təsbeh platforması olaraq, qədim ənənələrimizi müasir dövrə uyğun şəkildə dünyaya təqdim etməyi hədəfləyirik. Yerliliyi ilə qürur duyduğumuz bu brend, həm də innovasiya və texnologiya sahəsindəki inkişaflarla Azərbaycanın zəngin mədəniyyətini birləşdirir. Platformamız, hər biri özünəməxsus olan təsbeh kolleksiyalarını yalnız Azərbaycanda deyil, həm də bütün dünyada sevənlərə təqdim edir. Mədəni irsimizi yaşatmaq və onu qlobal arenada tanıtmaq bizim ən böyük arzumuzdur.

Tesbeh.al yaranma tarixi

Yolumuz, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən EcomX e-ticarət təlim və inkubasiya proqramı ilə başladı. Bu proqramda iştirak edərək, üç ay davam edən intensiv təlimlər nəticəsində biz də öz layihəmizi inkişaf etdirdik. 9 avqustda baş tutan Demo Day tədbirində, Bakı, Gəncə, Sumqayıt və Lənkərandan seçilmiş 21 layihə arasında yer aldıq. Burada biz öz ideyamızı investorlar, mentorlar və ekosistem nümayəndələri qarşısında təqdim etdik və böyük bir şərəf olaraq, “Unicorn layihə” seçildik. Bu bizim üçün yalnız bir uğur deyil, həm də daha böyük hədəflərə doğru atdığımız mühüm bir addım oldu.

Təsbehlərimiz haqqında

Təsbehlərimiz, yalnız bir aksessuar deyil, eyni zamanda insanın zehni sakitliyini tapmasına və daxili harmoniyasını bərpa etməsinə kömək edən bir vasitədir. Hər bir təsbeh tutmaq, insanı gündəlik stressdən uzaqlaşdıraraq, düşüncələri sakitləşdirir və enerjini bərpa edir.

Təsbehlərimiz, təbii daşlardan, mis və ağacdan hazırlanaraq, istifadəçisinə mənəvi rahatlıq və harmoniya təqdim edir. Zehni sakitlik tapmaq və stressi azaltmaq üçün təsbeh tutmaq bir növ meditasiya kimi fəaliyyət göstərir, insanın enerjisini müsbət istiqamətdə yeniləyir.

 

Hər bir təsbeh öz sahibinə daxili sükunət və mənəvi balans gətirərək, onu özünə yaxınlaşdırır. Bu sadə və güclü vasitə, həm bədənin, həm də ruhun harmoniyasını təmin edir.

Bütün dünyaya çatdırırıq

Bakı şəhəri- 1 iş günü,

bölgələrə- 2-3 iş günü ərzində çatdırılır.

Məhsullarımız

Məhsullarımız həm hazır formada, həm də yerli brend olaraq sənətkarlarımız tərəfindən hazırlanır.

Ödənişlərin təhlükəsizliyi

E-point sistemi ilə ödənişlərinizi təhlükəsiz şəkildə online və rahat formada edə bilərsiniz.